0
Wednesday 11 March 2020 - 17:23

Angela Merkel koronavirusa görə sərhədləri bağlamamağa çağırdı

Story Code : 849772
Angela Merkel koronavirusa görə sərhədləri bağlamamağa çağırdı
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel martın 11-də Berlində keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, virusa yoluxanların evdə karantində qalması infeksiyanın yayılmasını məhdudlaşdırmaq üçün daha məqbul tədbirdir.

Qeyd edək ki, martın 11-də Almaniyada üç nəfərin koronavirusdan öldüyü məlum olub. Hər üç hadisə Almaniyanın Şimali Reyn-Vestfaliya bölgəsində qeydə alınıb. Bölgənin Essen şəhərində 89 yaşlı qadın, Haynsberq dairəsində isə daha iki nəfər ölüb.

Xatırladaq ki, Avstriyanın kansleri Sebastian Kurts Avropa İttifaqının sərhədlərini bağlamağı təklif etmişdi.