0
Wednesday 11 March 2020 - 20:37

HƏMAS: “Sionistlər hərbi cinayətlərə görə mühakimə olunmalıdır”

Story Code : 849774
HƏMAS: “Sionistlər hərbi cinayətlərə görə mühakimə olunmalıdır”
İsrail rejiminin "Haaretz" qəzeti öz hesabatında, sionist qüvvələrin snayperlərinin “Böyük qayıdış” sülh yürüşü zamanı qəsdən fələstinlilərin dizlərindən güllələdiklərini etiraf etdiklərini bildirib.

Hazem Qasim belə deyib: "İsrail rejiminin hərbçilərinin dinc nümayiş keçirən fələstinliləri qəsdən güllələməsi, İsrail rejiminin işğalçı qüvvərinin əzazil, xain xarakterini birdaha üzə çıxarır”. Sionist rejimin ordusunun ağır cinayətlərinin zamanla unudulmayacağını qeyd edən HƏMAS sözçüsü, "İsrail rejiminin qəsbçiləri Fələstin ərazisindən qovulacaq və etdikləri cinayətlərin əvəzini ödəyəcəklər" – deyə vurğulayıb.

Xatırladaq ki, ABŞ-İsrail rejiminin “əsrin müqaviləsi” qondarma plana etiraz olaraq 2018-ci ilin martın 30-dan etibarən hər cümə günü keçirilən Fələstinin “Böyük qayıdış” yürüşlərində İsrail rejiminin ordusu tərəfindən 330-dan çox fələstinli öldürüllüb və ən azı 32 min dinc fələstinli yaralanıb. /Deyerler/