0
Thursday 12 March 2020 - 00:57

Suriya: “NATO və Aİ-dən Türkiyənin atəşkəsi pozmasını qınamalarını gözləyirik”

Story Code : 849815
Suriya: “NATO və Aİ-dən Türkiyənin atəşkəsi pozmasını qınamalarını gözləyirik”
Deyerler.org xəbər verir ki, RİA Novosti-yə açıqlama verən Şaban, belə deyib: “Rusiya-Türkiyə sammitindən sonra Türkiyə tərəfinin dəfələrlə atəşkəsi pozması müəyyən edildi. Rusiyanın prezidenti Vladimir Putin ilə Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan arasındakı görüşlərdən sonra da, bir neçə dəfə atəşkəs pozuntusu edildi”.

Şaban Suriyanın atəşkəs rejiminə sadiq qaldığını bildirib: “Atəşkəsə əməl etməyə hazırıq və hamımız üzərimizə götürdüyümüz öhdəlikləri yerinə yetirəcəyik. Atəşkəs terrorun məğlub edilməsi və sülhün bərpası baxımından hədəflərimizə uyğundur”.

Dəməşq rəhbərliyinin NATO və Aİ ölkələrindən Türkiyənin Suriyada reallaşdırdığı, bütün beynəlxalq qanunlara zidd olan hərəkətlərini qınamalarını gözlədiyini bildirən Şaban, belə danışıb: “Suriya müstəqil bir ölkədir, ancaq Türkiyənin təcavüzkarlığından və müdaxiləsindən əziyyət çəkir. NATO və Aİ ölkələrindən, dünyadakı hər ölkədən ən azı Türkiyənin bu qeyri-qanuni hərəkətlərini qınamalarını gözləyirik”.