0
Thursday 12 March 2020 - 09:37

Türkiyə və Rusiya İdlib mövzusunda danışıqları bu gün də davam etdirəcək

Story Code : 849846
Türkiyə və Rusiya İdlib mövzusunda danışıqları bu gün də davam etdirəcək
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə və Rusiya hərbi heyətinin Milli Müdafiə Nazirliyindəki danışıqlarının hazırkı mərhələsi başa çatdı. Danışıqlar sabah (bu gün – APA) davam edəcək”, - deyə kommünikedə bildirilib.

Çərşənbə günü Türkiyənin Müdafiə naziri Hulusi Akar İdliblə bağlı danışıqlara münasibət bildirib. Onun sözlərinə görə, iki ölkənin hərbi ekspertlərinin təmasları “müsbət və konstruktiv şəkildə davam edir”. O, Rusiya və Türkiyənin “15 Martda M-4 magistral yolunda birgə patrul nəzarətinə başlamağı planlaşdırdıqlarını” da qeyd edib.

Bu arada, martın 10-da Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankaranın “M-4 magistral yolunun şimal ərazilərində patrul həyata keçirəcəyini, rusların da cənubu qoruyacağını” bildirib.