QR CodeQR Code

Tramp Avropadan ABŞ-a gəlişi qadağan etdi

12 Mar 2020 10:05

İslamTimes: ABŞ Prezidenti Donald Tramp ölkə ərazisinə bütün Avropa Birliyi ölkələrindən gəlişi qadağan edib.


Axar.az xəbər verir ki, bu məlumatı Tramp xalqa müraciəti zamanı verib. O, yeganə istisnanın Britaniyaya ediləcəyini vurğulayıb.

Məhdudiyyətin sabahdan qüvvəyə minəcəyi və 30 gün davam edəcəyi bildirilib.

ABŞ lideri AB-ni koronavirusun yayılmasıyla bağlı öncədən xəbərdarlıq etməməkdə ittiham edib:

“Biz ilkin mərhələdən etibarən Çinə münasibətdə xilasedici tədbirlər qəbul etmişik. İndi biz eyni tədbirləri Avropaya münasibətdə təmin etməliyik. Doğru fəaliyyət sabah virusun yayılmasının qarşısını alacaq”.


Story Code: 849847

News Link :
https://www.islamtimes.org/az/news/849847/tramp-avropadan-abş-a-gəlişi-qadağan-etdi

Islam Times
  https://www.islamtimes.org