QR CodeQR Code

“Yuventus”un futbolçusu koronavirusa yoluxdu

12 Mar 2020 11:55

İslamTimes: İtaliyanın “Yuventus” futbol klubunun müdafiəçisi Daniele Ruqani koronavirusa yoluxub


“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

““Yuventus” klubu bu saatlarda qanunla nəzərdə tutulmuş bütün təcrid prosedurlarını, o cümlədən onunla əlaqə saxlayanların siyahıyaalınmasını həyata keçirəcək” - deyə məlumatda bildirilir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 121 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 122 235-ə çatıb. Bunların 66 993 nəfəri sağalıb, 4 391 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.


Story Code: 849863

News Link :
https://www.islamtimes.org/az/news/849863/yuventus-un-futbolçusu-koronavirusa-yoluxdu

Islam Times
  https://www.islamtimes.org