0
Friday 13 March 2020 - 21:08

Netanyahudan koronavirusla bağlı şok açıqlama

Story Code : 850177
Netanyahudan koronavirusla bağlı şok açıqlama
Sionist rejimin baş naziri Benyamin Netanyahu son həftələrdəki iddialarının tam əksi olaraq milyonlarla işğalçı İsrail rejimi vətəndaşının koronavirusa yoluxma ehtimalı ilə üz-üzə olduğunu bildirib.

"TimesOfIsrael" xəbər agentliyinin verdiyi məlumata əsasən, sionist rejimin baş naziri sözlərinin davamında bütün dünyanı qorxudacaq sözlərlə koronavirusu 1918-ci ildə milyonlarla insanın ölümünə səbəb olmuş qripə bənzədib. Netanyahu bildirib ki, heç bir ölkə bu virusa yoluxmaqdan sığortalanmayıb.

Netanyahu Angela Merkelin "Almaniya əhalisinin 60-70 faizi koronavirusa yoluxa bilər" sözlərini xatırladaraq deyib ki, işğal olunmuş Fələstin torpaqlarındakı sionistləri də eyni aqibət gözləyir.

İsraildə adı çəkilən virusa yoluxmuş şəxslərin sayı 100 nəfəri ötdükdən sonra Netanyahu təhsil mərkəzlərində dərslərin ən az 1 ay tətil olunması göstərişini verib. 

Qeyd edək ki, təkcə bu gün İsraildə 26 nəfərdə koronavirus aşkarlanıb.
Source : IslamTimes