QR CodeQR Code

ABŞ konqresinin üzvü İrana qarşı sanksiyaların dayandırılmasını istədi

IslamTimes , 13 Mar 2020 22:39

İslamTimes: ABŞ Konqresinin üzvü İlhan Ömər koronavirusun bütün dünyaya yayılması ilə əlaqədar ABŞ-ın İrana qarşı sanksiyaları dayandırmasını istəyib.


ABŞ Konqresinin üzvü İlhan Ömer Twitterdəki mesajları yada salaraq deyib: Koronavirusla mübarizə aparılan İranda sanksiyalar səbəbindən tibbi avadanlıqlar, dərmanlarla bağlı çatışmazlıqlar var. Daha çox insan həyatını itirməzdən öncə sanksiyalar təxirə salınmalıdır.

İlhan Ömər ABŞ-ın sanksiyalarının İslam Respublikasına qarşı iqtisadi müharibə olduğunu etiraf edərək bildirib ki, ABŞ-ın bu sanksiyaları çox sayda iranlının tibbi ləvazimat çatışmazlığından həyatını itirməsinə səbəb olub.

Konqres üzvü bu böhranlı şəraitdə ABŞ-ın qərəzli addımlarından da danışaraq, yeni sanksiyalar tətbiq edilməsinin ölçü-biçisiz qərar olduğunu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp özünə müsbət imic qazanmaq üçün koronavirusla mübarizədə İrana yardım etməyə hazır olduğunu bildirmişdi. Amma o sanksiyaları davam etdirməklə, hətta yeni sanksiyalar barədə təhdidlərlə bir daha sübut etdi ki, bu təklifi sadəcə özünü humanist insan kimi göstərmək istəməsindən başqa bir şey deyil. 


Story Code: 850198

News Link :
https://www.islamtimes.org/az/news/850198/abş-konqresinin-üzvü-irana-qarşı-sanksiyaların-dayandırılmasını-istədi

Islam Times
  https://www.islamtimes.org