0
Friday 13 March 2020 - 23:49

Səudiyyə şahzadəsindən növbəti biabırçı addım

Story Code : 850199
Səudiyyə şahzadəsindən növbəti biabırçı addım
Səudiyyə Ərəbistanının şahzadələrindən olan Xalid bin Fərhan Ali Suud, Ərəbistanın vəliəhdi Məhəmməd bin Salman haqda şok iddia irəli sürüb. Almaniyada yaşayan Xalid bin Fərhan vəliəhdin Məhəmməd Peyğəmbərin qəbrinin açılması haqda göstəriş verdiyini bildirir.

Twitter hesabında bu haqda yazan Xalid bin Fərhan deyib: Az öncə aldığım xəbərlə böyük şok yaşadım. Dünyada yayılmış koronavirus səbəbindən hərəmlərin dezinfeksiya edilməsi üçün bağlandığını bilirsiniz. Bu bəhanə ilə insanları hərəmlərdən uzaq tutan Məhəmməd bin Salman Məhəmməd Peyğəmbərin qəbrinin açılması göstərişini verib.

Hərəmlərin qapısı bir neçə gün sonra ziyarətçilərin üzünə açıldı. Amma kimlərinsə virusa yoluxub-yoluxmadığı haqda heç bir məlumat verilmədi.

Qeyd edək ki, bu göstəriş Səudiyyə şahzadəsinin axmaqcasına verilmiş ilk göstərişi deyil. Daha öncə Yəmən xalqına qarşı qanlı müharibə başladan Məhəmməd bin Salman, tanınmış jurnalist Camal Qaşıqçının qətli, öz əmisi və əmisi oğlanlarının həbsi ilə də günədəmə gəlmişdi.
Source : IslamTimes