0
Saturday 14 March 2020 - 10:50

ABŞ-da koronavirusa yoluxanların sayı 2000 nəfəri keçib

Story Code : 850268
ABŞ-da koronavirusa yoluxanların sayı 2000 nəfəri keçib
APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzin məlumatlarına istinadən məlumat yayıb.

Telekanal bundan əvvəl ABŞ-da koronavirusa yoluxma hallarının sayının 1920-yə çatması, 41 adamın ölməsinə dair məlumat vermişdi. Hazırda isə, “CNN”-in məlumatına görə, ölkəyə qayıdan 70 amerikalıda, həmçinin 48 ştatın və Kolumbiya şəhər bölgəsinin 1963 sakinində koronavirus aşkar edilib.