QR CodeQR Code

ABŞ-da koronavirusa yoluxanların sayı 2000 nəfəri keçib

14 Mar 2020 10:50

İslamTimes: ABŞ-da qeydə alınan yeni növ koronavirusa yoluxma hallarının sayı 2033-ə çatıb, 47 nəfər bu virusdan ölüb.


APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə “CNN” telekanalı ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Federal Mərkəzin məlumatlarına istinadən məlumat yayıb.

Telekanal bundan əvvəl ABŞ-da koronavirusa yoluxma hallarının sayının 1920-yə çatması, 41 adamın ölməsinə dair məlumat vermişdi. Hazırda isə, “CNN”-in məlumatına görə, ölkəyə qayıdan 70 amerikalıda, həmçinin 48 ştatın və Kolumbiya şəhər bölgəsinin 1963 sakinində koronavirus aşkar edilib.

 


Story Code: 850268

News Link :
https://www.islamtimes.org/az/news/850268/abş-da-koronavirusa-yoluxanların-sayı-2000-nəfəri-keçib

Islam Times
  https://www.islamtimes.org