QR CodeQR Code

Tramp koronavirus testindən keçib

14 Mar 2020 21:14

İslamTimes: ABŞ Prezidenti Donald Tramp koronavirus testindən keçdiyini bildirib. Qeyd edib ki, hələ testin nəticəsi məlum deyil.


APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Tramp bu barədə Ağ Evdə keçirdiyi mətbuat konfransı zamanı deyib.

Prezident həraritinin olub-olmaması ilə bağlı verilən suala belə cavab verib: "Səhhətim tamamilə normaldır".

Xatırladaq ki, bir neçə gün əvvəl Trampla görüşən Braziliya nümayəndə heyətinin üzvlərindən biri koronavirus xəstəliyinə tutulub.


Story Code: 850371

News Link :
https://www.islamtimes.org/az/news/850371/tramp-koronavirus-testindən-keçib

Islam Times
  https://www.islamtimes.org