QR CodeQR Code

İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi

Deyerler , 14 Mar 2020 23:10

Islamtimes - İraq ordusu bu gün (14 mart) Əl-Taci bazasına hücumu ilə bağlı bəyanat verib.



Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, İraqın Birgə Əməliyyat Komandanlığının yaydığı bəyanatda belə qeyd olunub: “Bu hücum vaxtı dörd katyuşa raketi hava hücumundan müdafiə bölgəsinə və Taci bazasındakı koalisiya missiyası bölməsinə yaxın düşüb.
 
Biz ABŞ və xarici qoşunları İraqdan çıxarılması prosesini sürətləndirməyə və İraq parlamentinin təsdiqlədiyi qərarı icra etməyə çağırırıq.
 
Bugün Əl-Taci bazasına edilən hücum Bağdadın razılığı olmadan ABŞ-ın gələcək əməliyyatları üçün bir bəhanə olmamalıdır və bu hərəkət İraqın milli təhlükəsizliyi və maraqlarına uyğun deyil”.
 
Hücumda İraq ordusunun 4 əsgərinin yaralandığı, uçuş zolağına, müşahidə qülləsinə və ABŞ Hərbi Hava Qüvvələrinə də ziyan dəydiyi bildirilir.
 
Qeyd edək ki, İraqdakı yerli mənbələr Bağdadın şimalındakı Taci bazasına naməlum şəxslərin hücumu barədə məlumat vermişdi. İraqlı mənbələrin paylaşdığı fotolarda bazaya 32 raketin atıldığını göstərir. Deyerler.org
 
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
İraq ordusu Əl-Taci bazasına bugünkü hücumla bağlı bəyanat verdi
 


Story Code: 850386

News Link :
https://www.islamtimes.org/az/news/850386/iraq-ordusu-əl-taci-bazasına-bugünkü-hücumla-bağlı-bəyanat-verdi

Islam Times
  https://www.islamtimes.org