QR CodeQR Code

İraqın yeni baş naziri ABŞ-ın təhqirlərinə cavab verməlidir

IslamTimes , 14 Mar 2020 22:11

İslamTimes: Parlament ABŞ-a qarşı etiraza çağırır


İraq parlamentinin nümayəndəsi Nida Şakir Codət Amerikanın İraqın ordu mövqelərinə hücumunu pisləyib, bunu İraqın milli hökumətinə qarşı təhqir adlandırıb. Əl-Məlumə xəbər agentliyi ilə söhbət edən xanım nümayəndə deyib: Adil Əbdül-Mehdinin dövrü İraq tarixinin ən rüsvayçı dövrüdür. Həmin dövrdə İraq hakimiyyəti aşkar şəkildə aşağılanıb. ABŞ təyyarələrinin son hücumu İraq xalqının təhqiridir. Bu təhqirlərin nə zamana qədər davam edəcəyini bilmirik. Ölkə mühüm siyasi dönəm yaşayır. Təhlükəsizlik və iqtisadiyyat baxımından ən çətin mərhələdir. Zaman çatıb ki, hakimiyyətə güclü bir şəxsiyyət gəlsin və Amerikanın təhqirləri qarşısında dayana bilsin.
 


Story Code: 850394

News Link :
https://www.islamtimes.org/az/news/850394/iraqın-yeni-baş-naziri-abş-ın-təhqirlərinə-cavab-verməlidir

Islam Times
  https://www.islamtimes.org