QR CodeQR Code

Suriyada seçkinin vaxtı dəyişdirildi

IslamTimes , 14 Mar 2020 23:31

İslamTimes: Əsəd parlament seçkilərinin vaxtını dəyişib


Suriya prezidenti Bəşar Əsəd koronavirusla mübarizə çərçivəsində ölkədə keçiriləcək parlament seçkilərinin vaxtını dəyişib. Suriyanın rəsmi SANA xəbər agentliyi bildirir ki, koronavirus epidemiyası ilə mübarizədə profilaktik tədbir olaraq seçkilər 20 may tarixinə təyin olunub. Suriya prezidenti mart ayının 3-də bir fərmanla ölkədəki parlament seçkilərini 4 aprel gününə təyin etmişdi. 
Artıq bütün dünyada korona virusla mübarizə çərçivəsində ictimai-siyasi tədbirlər təxirə salınır. BMT-nin qərargahından başlamış böyük dövlətlərin qanunverici və icraedici orqanlarına qədər bütün təsisatlar siyasi tədbirlərini dayandırmışdır. 


Story Code: 850405

News Link :
https://www.islamtimes.org/az/news/850405/suriyada-seçkinin-vaxtı-dəyişdirildi

Islam Times
  https://www.islamtimes.org