0
Saturday 14 March 2020 - 23:31

Suriyada seçkinin vaxtı dəyişdirildi

Story Code : 850405
Suriyada seçkinin vaxtı dəyişdirildi
Suriya prezidenti Bəşar Əsəd koronavirusla mübarizə çərçivəsində ölkədə keçiriləcək parlament seçkilərinin vaxtını dəyişib. Suriyanın rəsmi SANA xəbər agentliyi bildirir ki, koronavirus epidemiyası ilə mübarizədə profilaktik tədbir olaraq seçkilər 20 may tarixinə təyin olunub. Suriya prezidenti mart ayının 3-də bir fərmanla ölkədəki parlament seçkilərini 4 aprel gününə təyin etmişdi. 
Artıq bütün dünyada korona virusla mübarizə çərçivəsində ictimai-siyasi tədbirlər təxirə salınır. BMT-nin qərargahından başlamış böyük dövlətlərin qanunverici və icraedici orqanlarına qədər bütün təsisatlar siyasi tədbirlərini dayandırmışdır. 
Source : IslamTimes