QR CodeQR Code

Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlanıb

15 Mar 2020 11:56

İslamTimes: Türkiyədə Ümrə ziyarətindən qayıdan bir nəfərdə yeni tip koronavirus (COVİD-19) aşkarlanıb.


APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında yazıb.
Nazir koronavirus infeksiyası ilə əlaqədar yeni götürülən test nümunələrin nəticələrinin pozitiv olmasından narahatlığını ifadə edib: “Son bir həftə içində ziyarətdən dönən yurddaşımızın test nəticələri çox təəssüf ki, pozitiv çıxdı. Yeni yoluxmaların baş verməsindən narahatıq”.
Bununla da koronovirusa yoluxma sayının Türkiyədə 6-ya çatdığını deyən nazir  xəbərdarlıq edərək bildirib ki, Ümrə ziyarətindən yeni qayıdan hər kəs 14 gün karantində qalma tələblərinə düzgün riayət etməlidirlər.
 


Story Code: 850456

News Link :
https://www.islamtimes.org/az/news/850456/türkiyədə-ümrə-ziyarətindən-qayıdan-şəxsdə-koronavirus-aşkarlanıb

Islam Times
  https://www.islamtimes.org