0
Sunday 15 March 2020 - 11:56

Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlanıb

Story Code : 850456
Türkiyədə Ümrə ziyarətindən qayıdan şəxsdə koronavirus aşkarlanıb
APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca Twitter hesabında yazıb.
Nazir koronavirus infeksiyası ilə əlaqədar yeni götürülən test nümunələrin nəticələrinin pozitiv olmasından narahatlığını ifadə edib: “Son bir həftə içində ziyarətdən dönən yurddaşımızın test nəticələri çox təəssüf ki, pozitiv çıxdı. Yeni yoluxmaların baş verməsindən narahatıq”.
Bununla da koronovirusa yoluxma sayının Türkiyədə 6-ya çatdığını deyən nazir  xəbərdarlıq edərək bildirib ki, Ümrə ziyarətindən yeni qayıdan hər kəs 14 gün karantində qalma tələblərinə düzgün riayət etməlidirlər.