0
Sunday 15 March 2020 - 12:21

İranda koronavirusla mübarizə üçün önəmli qərar

Story Code : 850458
İranda koronavirusla mübarizə üçün önəmli qərar
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri deyib. O, yoxlamalar zamanı koronavirus şübhəsi olan bütün şəxslərin nəzarət altına alınacağını bildirib.

Bunun üçün 1000 tibbi mərkəzin yaradılacağı, 24 saat ərzində bütün bazar, ticarət mərkəzləri və küçələrin boşaldılacağı qeyd olunub.

Qeyd edək ki, koronavirusun "bioloji silah" olması ehtimalı hər ötən gün daha da güclənir. Bu səbəbdən ali dini lider Ayətullah Xamenei İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiriyə göstəriş verərək, bu virusu zərərsizləşdirmək üçün bütün vasitələrdən istifadə etməyi tapşırıb.