0
Monday 16 March 2020 - 14:29

Kritik gəlişmə: Rusiya Türkiyəyə vaxt verdi

Story Code : 850662
Kritik gəlişmə: Rusiya Türkiyəyə vaxt verdi
Teleqraf.com xəbər verir ki, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Nazirlikdən bildirilib ki, Türkiyə tərəfinə silahlı qrupların zərərsizləşdirilməsi və M4 magistral yolunda birgə patrul təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görmək üçün əlavə vaxt verilib.

Rusiyanın Sivilizasiyalararası Dialoq İnstitutunun siyasi mütəxəssisi Aleksey Malaşenko İdlibdə baş verən son prosesləri təhlil edib. O bildirib ki, son hadisələrdən sonra Rusiya-Türkiyə birgə patrul xidmətlərinin marşrutu qısaldılmalı olub:

“Birgə patrul xidməti İdlibdəki məsələnin həlli deyil. Türkiyənin Rusiyadan və Rusiyanın da Türkiyədən başqa gedəcəyi bir yer yoxdur, buna görə də razılaşacaqlar. Putin və Ərdoğan arasındakı görüşdən sonra sülhün hansı anlama gəldiyini gördük. Amma maraqlar dəyişməyib - Türkiyə Əsədin hakimiyyətdə qalmasınən əleyhinə, Rusiya isə lehinədir. Fərqli maraqlar, fərqli mövqelər naminə vəziyyəti kəskinləşdirmək mənasızdır”.