0
Monday 16 March 2020 - 13:43

ABŞ-ın Əl-Taci bazasına raket hücumunu bu qrup üzərində götürdü

Story Code : 850663
ABŞ-ın Əl-Taci bazasına raket hücumunu bu qrup üzərində götürdü
Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, bu qrup Taci bazasında ABŞ və xarici işğalçı qüvvələrə edilən son hücumların məsuliyyətini aydınlaşdırmaqla yanaşı, bu hücumların davam etdiyi barədə də xəbərdarlıq edib.

Onu da bildirək ki, indiyə qədər adı heç hallanmayan “Əsabatul Saərin” qrupu, İraqda ABŞ işğalına qarşı yaradılan qrup kimi özünü təqdim edib.

Qeyd edək ki, İraqın Həşd Şəbi müqavimət hərəkatı bu hücumla əlaqəsinin olmadığını bildirsə də, ABŞ-ın qırıcı təyyarələri cümə axşamı və cümə günləri Əl-Həşduş Şəbi hərəkatı ilə əlaqəli bir neçə bazanı hədəfə almışdı.

İraq parlamenti ABŞ qoşunlarının ölkədən çıxması üçün bir qanun qəbul etsə də, ABŞ rəhbərliyi hələ də İraqda qalmalarında israr edir.