0
Monday 16 March 2020 - 15:47

ABŞ-da koronavirus təşvişi - Əhali soyğunçuluğa hazırlaşır?

Story Code : 850677
ABŞ-da koronavirus təşvişi - Əhali soyğunçuluğa hazırlaşır?
“Fox News”un məlumatına görə, təşvişə düşən sakinlər kütləvi şəkildə odlu silah almağa başlayıblar.

Kaliforniya ştatında satıcılardan biri iki saat ərzində 12 tapança satdığını deyib.

O, insanların özlərini təhlükədə hiss etdikləri vaxt silah satışlarının artdığını bildirib.

Bəzi ərazilərdə yerləşən silah mağazalarında ucsuz-bucaqsız növbələr yaranıb. Alıcılar bunu hüquq-mühafizə orqanları əməkdaşlarının virusa yoluxacağı təqdirdə özlərini və ailələrini müdafiə edəcəkləri ilə əlaqələndirirlər.