QR CodeQR Code

Amerikanın müdafiə naziri və onun müavini karantinə olunur

IslamTimes , 16 Mar 2020 22:38

İslamTimes: ABŞ Müdafiə Nazirliyinin sözçüsü bildirib ki, müdafiə naziri Mark Esper və onun müavini karantinə alınacaq.


Pentaqon sözçüsü deyib: "Bu günə qədər ABŞ Müdafiə Nazirliyində işləyən 37 nəfər koronavirusa yoluxub. Bunlardan 18-i ordu sıralarında xidmət edənlərdəndir."

Ötən həftə Pentaqondakı rəsmilərdən biri bildirmişdi ki, koronavirusa yoluxmuş hərbçilərin sayı rəsmi statistikalarda göstərilənlərdən daha çoxdur.

Bu rəsmi deyib ki, nəzərə alsaq ki, ABŞ-ın dünyanın müxtəlif ölkələrində xidmət göstərən vətəndaşları var və dünyanın əksər ökələrində koronavirus tüğyan edir, çox sayda ABŞ vətəndaşının koronavirusa yoluxduğunu anlayarıq.

Ötən həftə Avropadakı ABŞ hərbi qüvvələrinin komandiri Kristofer Kavoli də Avropada bir konfransda iştirak etdiyi üçün karantinə alınıb.


Story Code: 850760

News Link :
https://www.islamtimes.org/az/news/850760/amerikanın-müdafiə-naziri-və-onun-müavini-karantinə-olunur

Islam Times
  https://www.islamtimes.org