QR CodeQR Code

İdlibdəki terrorçular ya mühakimə olunmalıdırlar ya da məhv edilməlidirlər!

IslamTimes , 16 Mar 2020 23:58

İslamTimes: Rusiya XİN: İdlibdəki terrorçuların ya mühakimə olunmalıdırlar ya da məhv edilməlidirlər!


Rusiya XİN İdlibdəki terrorçuların atəşkəs razılaşmasını pozduqları ilə bağlı xəbərdarlıq edərək onların qarşısında iki yol olduğunu bildirib: "Məhv edilmək və ya məhkəmə qarşısına çıxarılmaq!"

Rusiya Xarici İşlər Nazirliyi bu gün İdlib vilayətindəki terrorçuların yenidən silahlanması ilə bağlı məlumat yayaraq onların Suriya ordusuna qarşı hücumlar təşkil etdiyini bildirib.

İnterfaks xəbər agentliyinin verdiyi məlumata görə, Rusiya XİN-nin bəyanatında İdlibdəki terror qruplaşmalarının Ankara və Moskva arasında əldə edilən atəşkəsi tanımadığı bildirilir.

Qeyd edək ki, Rusiya və Türkiyə prezidentləri ötən həftə ortaq bir mətbuat konfransında Suriyanın İdlib vilayətində atəşkəs elan olunmasına dair ikitərəfli razılaşma əldə edildiyini bildirmişdilər.


Story Code: 850777

News Link :
https://www.islamtimes.org/az/news/850777/idlibdəki-terrorçular-ya-mühakimə-olunmalıdırlar-da-məhv-edilməlidirlər

Islam Times
  https://www.islamtimes.org