QR CodeQR Code

Çin ABŞ-dan tələb etdi: Dərhal İrana sanksiyaları ləğv et!

17 Mar 2020 02:37

İslamTimes: Çin İran iqtisadiyyatının və xalqının sanksiyalardan daha çox zərər görməməsi üçün dərhal ləğvini tələb edir.


Axar.az xəbər verir ki, bu sözləri Çin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq bildirib.

"İranın koronavirusla mübarizənin kritik bir mərhələsində olduğu müddətdə sanksiyaların qüvvədə qalması qeyri-insani xarakter daşıyır. Sanksiyaların tətbiqi BMT və digər qurumların da İrana yardımına əngəl törədir. Biz beynəlxalq birliyi regional və qlobal səviyyədə ictimai səhiyyə təhlükəsizliyinə zəmanət vermək üçün İranla əməkdaşlığa çağırırıq", - XİN rəsmisi deyib.

 


Story Code: 850779

News Link :
https://www.islamtimes.org/az/news/850779/çin-abş-dan-tələb-etdi-dərhal-irana-sanksiyaları-ləğv-et

Islam Times
  https://www.islamtimes.org