0
Tuesday 17 March 2020 - 11:13

Türkiyədən Azərbaycan xalqını qəzəbləndirəck addım

Story Code : 850849
Türkiyədən Azərbaycan xalqını qəzəbləndirəck addım
Məhkəmə FETÖ istintaqı çərçivəsində saxlanılan “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimov barəsində həbs qərarı verib.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Xatırladaq ki, “Palmali Holding”in İdarə Heyətinin sədri Mübariz Mənsimovla şirkətin meneceri Nuray Nurcihan Perker FETÖ/PDY istintaqı çərçivəsində saxlanılıb.

İstintaq çərçivəsində saxlanılmış Mənsimov və Perkerin FETÖ üzvü olduğu və təşkilatın rəhbərləri ilə intensiv əlaqələrinin olduğunu iddia edilir.

Qeyd edək ki, Mübariz Mənsimov imkansız insanlara yardımlarına, Ermənistan işğalçılarına qarşı fəaliyyətlərinə görə bütün azərbaycanlılar tərəfindən sevilən bir şəxsdir. Sosial şəbəkələrdə minlərlə azərbaycanlı profil şəkilinə Mübariz Mənsimovun da şəkilini əlavə edib.