0
Tuesday 17 March 2020 - 16:36

Zərif dünya ölkələrini ABŞ-ın sanksiyalarına məhəl qoymamağa çağırdı

Story Code : 850911
Zərif dünya ölkələrini ABŞ-ın sanksiyalarına məhəl qoymamağa çağırdı
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün çərşənbə axşamı, bir daha ABŞ-ın insanlığa ləkə olan sanksiyalarını tənqid edərək bu sanksiyaların koronavirusun yayılmasına qarşı mübarizəyə təsirindən söz edib.

Zərif özünün "Twitter" səhifəsində yazıb: "ABŞ-ın qanunsuz sanksiyaları İranın iqtisadi ehtiyatlarının azalmasına, nəticədə koronavirusla mübarizədə ciddi problemlərlə üz-üzə qalmamıza səbəb olur. Onlar (ABŞ) sözün əsil mənasında günahsız insanları qətlə yetirirlər."

İran XİN başçısı ABŞ-ın sanksiyalarına tabe olan ölkələr və dünya ölkələrinə müaciətlə yazıb: "Kənarda dayanıb onları izləmək əxlaqa sığmayan bir hərəkətdir. Bu davranış tərzi heç kəsi ABŞ-ın gələcəkdəki hədəfi olmaqdan sığortalamır. Heç kəs ABŞ-ın bu cinayətlərini izləməklə özünün bu dövlətin kin və qəzəbindən uzaq qalmasına səbəb ola bilməz."

İranın XİN rəhbəri daha sonra digər ölkələri İrana yardım əli uzadan ölkələrə qoşulmağa çağırıb və deyib: "ABŞ-ın İrana qarşı sanksiyalarına məhəl qoymayan hərəkata qoşulun".
Source : IslamTimes