0
Tuesday 17 March 2020 - 17:00

Pakistan da ABŞ-a etiraz etdi

Story Code : 850916
Pakistan da ABŞ-a etiraz etdi
Pakistan baş naziri koronavirusla mübarizə məqsədi ilə ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların ləğv edilməsini istəyib.

Baş nazir İmran Xan Associated Press-ə verdiyi müsahibə zamanı ABŞ dövlətinə səslənib. O koronavirusla mübarizə üçün bu addımın zəruri olduğunu bildirib.

İmran Xan deyib: "ABŞ-ın sanksiyaları dünyada tüğyan edən koronavirusla mübarizə üçün İrana problemlər yaradır. Artıq zamanı gəlib ki, dünya ölkələri ABŞ-a səslənərək bu ölkədən İrana qarşı sanksiyalara son qoymağı tələb etsin!" 

İmran Xan koronavirusun inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatına dağıdıcı təsir göstərdiyini bildirib.

Qeyd edək ki, daha öncə Rusiya və Çin də ABŞ-ın İrana qarşı qəddar sanksiyalarının ləğv edilməsinə çağırış etmişdilər.
 
Source : IslamTimes