0
Wednesday 18 March 2020 - 02:17

Donald Tramp Pekinin etirazlarına rəğmən koronavirusu yenə də “Çin virusu” adlandırdı

Story Code : 851012
Donald Tramp Pekinin etirazlarına rəğmən koronavirusu yenə də “Çin virusu” adlandırdı
Musavat.com xarici agentliklərə isitnadən xəbər verir ki, bununla o, rəsmi Pekinin qəzəbinə səbəb olub. “Bu virus Çindən gəlib, ona görə də məncə, həmin tərif daha dəqiqdir”,-deyə Birləşmiş Ştatların dövlət başçısı bildirib.

Bundan başqa, Ağ Evin rəhbəri Çin hakimiyyətini Uxan şəhərində meydana gələn epidemiyanın amerikalı hərbçilər tərəfindən gətirildiyi barədə qəsdən yalan informasiyalar yaymaqda suçlayıb.

“Çinin bizim ordu mənsublarına böhtan atması xoşuma gəlmədi. Hərbçilərimiz kimsəni yoluxdurmayıb”,-deyə Donald Tramp söyləyib.

Qeyd olunur ki, ABŞ Dövlət departamenti Çinin Vaşinqtondakı səfiri Suy Tyankayı çağıraraq ona etiraz notası təqdim edib. Birləşmiş Ştatların diplomatik idarəsi Kommunist rejimi sosial şəbəkələrdə populyarlaşan sui-qəsd nəzəriyyələrini daha da qızışdırmaqda günahlandırıb.

Xatırladaq ki, Çin Xarici işlər nazirliyinin nümayəndəsi Çjao Litszyan ötən həftə tvit ataraq qlobal pandemiyaya səbəb olan bu virusun “sıfır xəstəsi”nin Uxan şəhərindən deyil, Birləşmiş Ştatlardan gəldiyini bildirmişdi.