QR CodeQR Code

Yəmən Hava Hücumundan Müdafiə sistemi Səudiyyə qırıcılarını geri oturtdu

IslamTimes , 18 Mar 2020 02:24

İslamTimes: Yəmən Silahlı Qüvvələrinin komandanı çərşənbə axşamı Səudiyyə koalisiya qırıcılarının bir daha Mərib əyalətindəki Sarvah şəhərinin səmasını tərk etmək məcburiyyətində qaldığını bildirib.


Əl-Məsirə şəbəkəsinin xəbərinə görə Yəmən Silahlı Qüvvələrinin komandanı deyib: "Hava Hücumundan Müdafiə sistemlərimiz bu gün Sarvah şəhəri səmasına daxil olan bir neçə F-15 qırıcısının şəhərdə əməliyyat keçirməsinə mane oldu. Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinə məxsus qırıcılar hər hansı hədəfi vurmazdan öncə Hava Hücumundan Müdafiə sistemlərimiz "Fatir-1" raketləri ilə onlara atəş açdı. Nəticədə qırıcılar dərhal Yəmən səmasını tərk etdilər."

Qeyd edək ki, Yəməndə Hava Hücumundan Müdafiə sistemləri qurulduqdan sonra artıq işğalçı Səudiyyə qırıcıları Yəmən səmasında böyük təhlükə ilə üz-üzə qalıb.

Bir neçə gün öncə Əl-Cəvf əyaləti səmasına daxil olan F-15 və F-16 qırıcıları da Hava Hücumundan Müdafiə sisteminin açdığı atəşlər nəticəsində geri dönmək məcburiyyətində qalmışdı.

Yəmən Silahlı Qüvvələri komandanı Mehdi əl-Məşşat fevralın 23-də "Saqib-1", "Saqib-2" və Fatir-1 Hava Hücumundan Müdafiə Sistemlərini təqdim edib..


Story Code: 851013

News Link :
https://www.islamtimes.org/az/news/851013/yəmən-hava-hücumundan-müdafiə-sistemi-səudiyyə-qırıcılarını-geri-oturtdu

Islam Times
  https://www.islamtimes.org