0
Wednesday 18 March 2020 - 22:32

Fəth koalisiyası: ABŞ Həşd əl-Şəbinin dağılmasını istəyir

Story Code : 851215
Fəth koalisiyası: ABŞ Həşd əl-Şəbinin dağılmasını istəyir
Əl-Məlumə xəbər agentliyinə müsahibə verən Ələvi deyib: "ABŞ İraqdakı əsas hədəfinə çatmağa çalışır.
Onların əsas hədəfi Həşd əl-Şəbi təşkilatının dağılmasıdır. Onlar bu hədəflərinə Adnan əl-Zurufinin köməyi ilə çatmaq niyyətindədirlər. Beləliklə deyə bilərik ki, ABŞ ilə güclü əlaqələri olan Əl-Zurufinin ilk işi Həşd Şəbi Müqavimət Hərəkatının dağılması və zəifləməsi üçün əlindən gələni etmək olacaq."

Ələvi sözlərinin davamında deyib: "Həşd Şəbi təşkilatının zəiflədilməsi və onun məhvini istəmək İraq xalqının istəklərinə hörmətsizlikdir və bu qəbuledilməzdir. İraqda bütün xalq Həşd Şəbi Müqavimət Hərəkatını dəstəkləyir və bu təşkilat əleyhinə hər hansı bir fəaliyyətə qarşıdır. Adnan əl-Zurufinin baş nazir olaraq seçilməsi də sırf Həşd-Şəbiyə qarşı planlanmış bir addımdır və bu seçim ABŞ-ın istəyi ilə gerçəkləşib."
Source : IslamTimes