QR CodeQR Code

Fəth koalisiyası: ABŞ Həşd əl-Şəbinin dağılmasını istəyir

IslamTimes , 18 Mar 2020 22:32

İslamTimes: Fəth parlament fraksiyasının nümayəndəsi Kərim Ələvi bu gün çərşənbə günü bildirib ki, ABŞ Adnan əl-Zurufinin baş nazir seçilməsini dəstəkləməklə İraqdakı hədəflərinə çatmaq istəyir.


Əl-Məlumə xəbər agentliyinə müsahibə verən Ələvi deyib: "ABŞ İraqdakı əsas hədəfinə çatmağa çalışır.
Onların əsas hədəfi Həşd əl-Şəbi təşkilatının dağılmasıdır. Onlar bu hədəflərinə Adnan əl-Zurufinin köməyi ilə çatmaq niyyətindədirlər. Beləliklə deyə bilərik ki, ABŞ ilə güclü əlaqələri olan Əl-Zurufinin ilk işi Həşd Şəbi Müqavimət Hərəkatının dağılması və zəifləməsi üçün əlindən gələni etmək olacaq."

Ələvi sözlərinin davamında deyib: "Həşd Şəbi təşkilatının zəiflədilməsi və onun məhvini istəmək İraq xalqının istəklərinə hörmətsizlikdir və bu qəbuledilməzdir. İraqda bütün xalq Həşd Şəbi Müqavimət Hərəkatını dəstəkləyir və bu təşkilat əleyhinə hər hansı bir fəaliyyətə qarşıdır. Adnan əl-Zurufinin baş nazir olaraq seçilməsi də sırf Həşd-Şəbiyə qarşı planlanmış bir addımdır və bu seçim ABŞ-ın istəyi ilə gerçəkləşib."


Story Code: 851215

News Link :
https://www.islamtimes.org/az/news/851215/fəth-koalisiyası-abş-həşd-əl-şəbinin-dağılmasını-istəyir

Islam Times
  https://www.islamtimes.org