0
Wednesday 18 March 2020 - 23:22

ABŞ İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ÜST-ə söz verib

Story Code : 851218
ABŞ İrana qarşı sanksiyaların ləğvi ilə bağlı ÜST-ə söz verib
Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Əl-Məyadinə verdiyi müsahibədə ABŞ-ın İrana qarşı sanksiyalarının bir qismini qaldıracağını vəd etdiyini bildirib.

ABŞ daha öncə İrana koronavirusla mübarizədə yardım təklif etdiyini iddia etmişdi. Amma İran dövlət rəsmiləri ABŞ-ın bu təklifinin ikiüzlülük olduğunu və İrana kömək etməyin yeganə yolunun birtərəfli sanksiyaların qaldırılmasından keçdiyini bildirib.

Amerikanın tətbiq etdiyi sanksiyalar bu çətin dönəmdə İranda ölümcül koronavirusla mübarizəni çətinləşdirib. Sanksiyalar səbəbindən tibbi təchizatlarda çatışmazlıqlar var. Bu isə milyonlarla insanın həyatını təhlükə ilə üz-üzə qoyub.

Qeyd edək ki, son günlərdə Çin, Rusiya, Pakistan və digər bir neçə dövlət ABŞ-dan İrana qarşı sanksiyaları ləğv etməyi tələb edib.
Source : IslamTimes