QR CodeQR Code

Səudiyyə rejiminin Yəməndə növbəti biabırçı məğlubiyyəti

IslamTimes , 18 Mar 2020 23:55

İslamTimes: Bütün vəhşiliklərə əl ataraq, Yəmən xalqını qətliam etməyə çalışan Ali-Səud rejimi Yəməndə növbəti biabırçı məğlubiyyətə uğrayıb.


Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri bu gün keçirdiyi mətbuat konfransında Yəmən ordusunun Əl-Cəvf əyalətindəki əməliyyat nəticəsində əldə etdiyi nailiyyətlərdən danışıb.

Əl-Məsirə kanalının verdiyi məlumata əsasən Yəhya Səri deyib: "Bu əməliyyatın uğurla başa çatdığını elan edirik. Allahın yardımı ilə Əl-Cəvf əyaləti azad edildi və qüvvələrimizin mövqeyi daha da gücləndi... 

Düşmənin bu şəhərdə sələfi terroristlər və polis qüvvələrindən ibarət çox sayda döyüşçüləri var idi.
Əməliyyatlarımız zamanı düşmən bizə qarşı 250 hava hücumu təşkil etdi. Biz düşmənə qarşı Nəkal, Qasim və Bədr raketlərimizi işə saldıq. Pilotsuzlar vasitəsi ilə əməliyyatlar keçirdik. Səudiyyə Ərəbistanında düşmənin bir çox mövqelərini hədəfə aldıq. Yaxın zamanlarda bu əməliyyatların da video görüntülərini yayımlayacağıq."

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Yəmən xalqına qarşı dəhşətli cinayətlərə əl ataraq, bu ölkədə müxtəlif şəhərlərə hava zərbələri endirir. Ali Səud rejimi dərman, ərzaq çatışmazlığı yaşanan Yəmənə göndərilən yardımların da qarşısını kəsərək, bu ölkə əhalisinə qarşı cinayətlərini davam etdirir.


Story Code: 851222

News Link :
https://www.islamtimes.org/az/news/851222/səudiyyə-rejiminin-yəməndə-növbəti-biabırçı-məğlubiyyəti

Islam Times
  https://www.islamtimes.org