0
Thursday 19 March 2020 - 02:23

Merkel koronavirus pandemiyasını II Dünya Müharibəsi ilə müqayisə etdi

Story Code : 851224
Merkel koronavirus pandemiyasını II Dünya Müharibəsi ilə müqayisə etdi
Virtualaz.org-un yerli KİV-ə istinadən məlumatına görə, hökumət başçısı bildirib ki, Almaniya İkinci Dünya Müharibəsindən bəri, çox şeyin cəmiyyətdəki birlik və həmrəylikdən asılı olduğu belə çağırışla üzləşməyib.

Merkel Rəsmi Berlinin iqtisadi fəsadların azaldılması üçün mümkün olan hər şeyi etdiyini vurğulayıb və xəstəliyin yayılması zamanı iş yerlərinin qorunmasını prioritet adlandırıb.

Digər şeylər arasında Kansler, ölkədə ictimai həyatı əhəmiyyətli dərəcədə məhdudlaşdıran yeni tədbirləri də diqqətdən kənarda qoymayıb. Merkelin sözlərinə görə, onlar virusun yayılmasını yavaşıtmaq və bununla vaksinin hazırlaması üçün vaxt udmaq və hər şeydən əvvəl xəstələnənlərin müalicəsi naminə lazımdır. O, əlavə edib ki, Federal Respublika əvvəllər belə məhdudiyyətləri bilməyib. Hökumət başçısı onu da vurğulayıb ki, gələcək vəziyyət hər bir şəxsin nizam-intizamından asılı olacaq.

“Almaniyada əla bir səhiyyə sistemi var, bəlkə də dünyanın ən yaxşılarından biridir" deyən Kansler, təhlükəli patogenə qarşı mübarizədə "ön cərgədə" olan həkimlərə və xəstəxana işçilərinə təşəkkür edib.

Merkel deyib ki, koronavirusa qarşı vaksinlər hələ yoxdur, ancaq dünyanın alimləri bunun üzərində işləyirlər. Onun sözlərinə görə, səlahiyyətlilər Robert Kox İnstitutu və digər müvafiq qurumların mütəxəssisləri ilə daim məsləhətləşirlər.

AFR hökumətinin başçısı, çıxışında panikaya düşərək mağazalardan böyük miqdarda gündəlik tələbat malları alanları qınayıb. Merkel əmin edib ki, ölkədə ərzaq çatışmazlığı təhlükəsi yoxdur. O, yeni virusla bağlı şayiələrə inanmamağa da çağırıb. Kansler qeyd edib ki, rəsmi məlumatlar bir neçə dildə əlçatandır.