0
Thursday 19 March 2020 - 21:27

İraqdakı şiə qruplar Adnan əl-Zurufini dəstəkləmir

Story Code : 851410
İraqdakı şiə qruplar Adnan əl-Zurufini dəstəkləmir
Rusiya Al-Yaum (RT) xəbər agentliyinin verdiyi məlumata əsasən, İraqda siyasilərdən olan bir mənbə bildirib ki, şiə qrupları Seyid Əmmar əl-Həkimin evində toplaşaraq, Adnan əl-Zurufini deyil, Nəim əl-Suheyli baş nazir olaraq görmək istədiklərini bildiriblər.

İraqlı rəsmi deyib: "İclasda bütün şiə qrupları, Fəth koalisiyası, Milli Konqres Partiyası və Həşd Şəbi lideri iştirak edib. Bu toplantıda iştirak edənlər Seyid Əmmar Əl-Həkimdən istəyib ki, o Adnan əl-Zurufi ilə danışıb, onu baş nazir vəzifəsindən getməyə razı salsın. Adnan əl-Zurufidən istefa verdikdən sonra öz yerinə Naim əl-Suheyli baş nazir təyin etməsi istəniləcək. Bildirilir ki, Əmmar əl-Həkimin evində baş tutan toplantıda Naim əl-Suheyl də iştirak edib."

Qeyd edək ki, Əl-Zurufi ABŞ-la dərin münasibətləri olan bir şəxs kimi tanınır. Onun nazir seçildikdən sonra Həşd Şəbi Müqavimət Hərəkatını məhv etməyə çalışacağı bildirilir.
Source : IslamTimes