0
Thursday 19 March 2020 - 22:00

Tramp: "ABŞ-da vəziyyət ağırdır"

Story Code : 851421
Tramp: "ABŞ-da vəziyyət ağırdır"
Əl-Cəzirə kanalının verdiyi məlumata əsasən, ABŞ prezidenti Donald Tramp mətbuat konfransı zamanı deyib ki, ABŞ-da vəziyyət olduqca ağırdır. Bir neçə həftə öncə koronavirusla bağlı xəbərlərin sadəcə demokratların özündən uydurduğu "hoqqa" olduğunu bildirən Trampın bu gün bu virus səbəbindən ABŞ-ın acınacaqlı durumda olduğunu bildirməsi bütün dünya mətbuatında müzakirə mövzusu olub.

ABŞ prezidenti Çinin xəbərdarlıqlarına baxmayaraq bir daha koronavirusu "Çin virusu" adlandıraraq, bu ölkəyə qarşı növbəti dəfə hörmətsizliyə yol verib. Tramp deyib ki, biz bu Çin virusundan qurtulmaq üçün səylərini davam etdirəcəyik. ABŞ prezidenti hal-hazırda baş verənlərin "səhiyyə müharibəsi" olduğunu bildirib.

Tramp iddia edib ki, ABŞ səhiyyə təşkilatı gecə-gündüz işləyərək koronavirusa qarşı peyvənd hazırlamağa çalışır.
Source : IslamTimes