QR CodeQR Code

İngiltərə hərbi müşavirlərini İraqdan qaçırdı

IslamTimes , 19 Mar 2020 23:50

İslamTimes: Koronavirus təhlükəsi ilə üz-üzə olan İngiltərə ordusu hərbi müşavirlərini İraqdan çıxarır


"Forces Network"un verdiyi məlumata əsasən, İngiltərə Ordusu koronavirusun hər ötən gün daha da geniş yayılması səbəbindən hərbi qüvvələrinin bir hissəsini İraqdan çıxarmağa hazırlaşır.

Əsasən hərbi müşavirləri İraqdan çıxarmağı planlaşdıran İngiltərə digər hərbçilərini hələ də İraqda saxlamaq niyyətindədir.

Daha öncə İngiltərə hərbi təlimlərini də koronavirus təhlükəsi səbəbindən 60 gün təxirə salınmışdı.

İddialara görə, İraqdan çıxarılan hərbçilər yeni əməliyyatlarda iştirak etmək üçün hazır vəziyyətdə qalacaqlar.

Hal-hazırda İraqın müxtəlif məntəqələrində 400 İngiltərə hərbçisi var.


Story Code: 851445

News Link :
https://www.islamtimes.org/az/news/851445/ingiltərə-hərbi-müşavirlərini-iraqdan-qaçırdı

Islam Times
  https://www.islamtimes.org