0
Friday 15 July 2011 - 04:41

Misir Fironu edamdan qurtulmağa can atır

Story Code : 85155
Misir Fironu edamdan qurtulmağa can atır
Misir Fironu edamdan qurtulmağa can atır
APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Misirin iki qəzetində Mübarəkin müstəntiqlər tərəfindən dindirilməsinin stenoqramı dərc edilib. Assoşieyted Press agentliyi Misirin ədliyyə nazirliyinin rəsmilərin sənədlərin həqiqiliyini təsdiq etdiyi haqda məlumat verib. Sənədlərdə göstərildiyi kimi, Mübarək deyib ki, o, polisi nümayişçilərə qarşı ifrat gücdən istifadə etməmək haqda təlimatlandırıb. Mübarək təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verdiyi, ya da bu haqda məlumatı olduğuna dair ittihamları rədd edib. Misirin keçmiş prezidenti bu ittihamlarla gələn ay məhkəmə qarşısına çıxarılacaq. Mübarək və onun iki oğluna qarşı həmçinin korrupsiya ittihamları da irəli sürülüb.

Comment