QR CodeQR Code

Misir Fironu edamdan qurtulmağa can atır

15 Jul 2011 04:41

IslamTimes - Misir mətbuatının verdiyi məlumata görə prezidenti Hüsnü Mübarək prokurorlara 18 gün davam edən nümayişlər zamanı nümayişçilərə atəş açmaq haqda əmr vermədiyini deyib.


APA-nın voanews.com saytına istinadən verdiyi xəbərə görə, Misirin iki qəzetində Mübarəkin müstəntiqlər tərəfindən dindirilməsinin stenoqramı dərc edilib. Assoşieyted Press agentliyi Misirin ədliyyə nazirliyinin rəsmilərin sənədlərin həqiqiliyini təsdiq etdiyi haqda məlumat verib. Sənədlərdə göstərildiyi kimi, Mübarək deyib ki, o, polisi nümayişçilərə qarşı ifrat gücdən istifadə etməmək haqda təlimatlandırıb. Mübarək təhlükəsizlik qüvvələrinə atəş açmaq əmri verdiyi, ya da bu haqda məlumatı olduğuna dair ittihamları rədd edib. Misirin keçmiş prezidenti bu ittihamlarla gələn ay məhkəmə qarşısına çıxarılacaq. Mübarək və onun iki oğluna qarşı həmçinin korrupsiya ittihamları da irəli sürülüb.


Story Code: 85155

News Link :
https://www.islamtimes.org/az/news/85155/misir-fironu-edamdan-qurtulmağa-can-atır

Islam Times
  https://www.islamtimes.org