0
Saturday 21 March 2020 - 01:10

Putin Əsədlə İdlibi müzakirə etdi

Story Code : 851651
Putin Əsədlə İdlibi müzakirə etdi
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, Kremldən verilən açıqlamaya görə, tərəflər martın 5-i Türkiyə və Rusiya liderlərinin Moskvada reallaşan görüş nəticəsində imzalanmış İdlib de-eskalasiya bölgəsində sabitliyin təmin edilməsi ilə bağlı razılaşma əsasında Suriyadakı vəziyyəti müzakirə ediblər.

Putin və Əsəd, həmçinin Suriya Konstitusiya Komitəsi nəzdindəki siyasi prosesin gedişi və Suriyaya humanitar yardımın göstərilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Tərəflər iki ölkə arasında müxtəlif səviyyələrdə təmasların davam etdirilməsi barədə razılığa gəliblər.