0
Saturday 21 March 2020 - 10:25

Pentaqonu ziyarət edən 2 nəfərdə korona çıxdı

Story Code : 851691
Pentaqonu ziyarət edən 2 nəfərdə korona çıxdı
Axar.az xəbər verir ki, bu barədə məlumatı Sputnik yayıb. Məlumata görə, bir neçə gün əvvəl Pentaqonu ziyarət edən 2 hərbçidə koronavirusa görə aparılan test nəticəsi pozitiv olub.

Bununla əlaqədar ABŞ Hərbi Qüvvələri açıqlamaya yayaraq, virusa yoluxan şəxslərdən birinin pilot, digərinin isə hərbi nümayəndə olduğunu bildirib.

Pilotun nazirliyə bazarertəsi gəldiyi və bir saatdan az vaxt ərzində binada olduğu qeyd edilib.

Virusa yoluxan digər hərbçinin isə martın 2-də nazirliyə gəldiyi deyilib.