QR CodeQR Code

Almaniyada koronavirusdan ölüm hallarının sayı qeyri-adi dərəcədə aşağıdır - SƏBƏB

21 Mar 2020 22:11

İslamTimes: Almaniyada koronavirusdan ölüm hallarının sayının digər Avropa ölkələri ilə müqayisədə qeyri-adi dərəcədə aşağı olmasının səbəbi açıqlanıb.


Bu barədə “Financial Times” yazıb.

Nəşr qeyd edir ki, Almaniya əsas zərbəni alan ölkələrdən biridir və dünyada yoluxanların sayına görə (20 mindən çox) ilk beş ölkə arasındadır. Ölkədə bu günə qədər koronavirusdan 70 nəfər ölüb, 180 nəfər tamamilə müalicə edilib.

Bununla belə, Almaniya COVID-19-dan ölüm faizinə görə dünyada ən aşağı göstəriciyə (0,35%) malik olan ölkədir.

Koronavirusdan zərər çəkmiş digər ölkələrdə bu göstərici 10 faiz (İtaliya), 3 faiz (Fransa), 5 faiz (İspaniya) və 4 faizdir (Çin).

Mütəxəssislər sözügedən anomaliyanın səbəbini epidemiyanın bu ölkədə erkən mərhələdə olunması və yoluxanların daha aşağı orta yaşı ilə izah ediblər. Belə ki, Almaniyada yoluxanların 80 faizindən çoxunun yaşı 60-dan aşağıdır.

Bundan əlavə, mütəxəssislər Berlinin koronavirusa görə həftədə 160 mindən artıq analiz aparmaq imkanına işarə edirlər. Bu isə böhranın başlandığı vaxtdan bəri bütün Avropa ölkələrinin birlikdə apardıqları testlərin sayından çoxdur.

Digər bir amil xəstəxanaların bütün zəruri avadanlıqlarla peşəkar şəkildə təchiz edilməsidir. Belə ki, martın ortalarında Almaniya hökuməti ağciyərlərin havalandırılması üçün əlavə 10 min cihaz sifariş edib (bundan əvvəl tibb müəssisələrində 25 min cihaz mövcud idi).


Story Code: 851837

News Link :
https://www.islamtimes.org/az/news/851837/almaniyada-koronavirusdan-ölüm-hallarının-sayı-qeyri-adi-dərəcədə-aşağıdır-səbəb

Islam Times
  https://www.islamtimes.org