QR CodeQR Code

Britaniyada petisiya başladıldı: İranın taleyi...

21 Mar 2020 22:21

İslamTimes: ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması tələbi ilə Böyük Britaniyada petisiya başladılıb.


Axar.az xəbər verir ki, petisiyaya qısa müddətdə 1187 nəfər qoşulub. Petisiyada toplanan imzalar Böyük Britaniyanın parlamentinə təqdim ediləcək.

Böyük Britaniyanın qanunlarına görə, əgər imzaların sayı 10 minə çatarsa, parlament bu məsələyə münasibət bildirməlidir. Əgər imzaların sayı 100 minə çatarsa, onda petisiyada qaldırılan problem parlamentin müzakirəsinə çıxarılmalıdır.

Xatırladaq ki, bir neçə gün əvvəl Böyük Britaniya parlamenti ABŞ administrasiyasına müraciət edərək, koronavirusun geniş yayılması və çox təhlükəli həddə çatması ilə əlaqədar İrana qarşı sanksiyaları aradan qaldırmağı istəyib

 


Story Code: 851839

News Link :
https://www.islamtimes.org/az/news/851839/britaniyada-petisiya-başladıldı-iranın-taleyi

Islam Times
  https://www.islamtimes.org