QR CodeQR Code

Pompeodan İranla bağlı axmaq təklif

IslamTimes , 21 Mar 2020 21:26

İslamTimes: ABŞ dövlət katibi Mayk Pompeonun İrana qarşı təklifi rədd edildi


NewYorkTimes qəzeti bildirib ki, dünyanın koronavirusla mübarizə apardığı bir dönəmdə Pompeo İranla bağlı gərginliyin daha da artırılmasına çalışır.

Amerikada koronavirus səbəbindən fövqəladə vəziyyət elan olunması üçün təşkil edilən iclasda İran mövzusu da müzakirə edilib. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, İrana ABŞ-ın İraqdakı hücumuna cavab olaraq ağır cavab verilməlidir.

Pompeo bildirib ki, İran koronavirusla mübarizə apardığı zaman onlara zərbə endirilməsi İslam Respublikasını müzakirə masasına doğru çəkə bilər.

Amma ABŞ Müdafiə naziri Mark Esper və Baş Qərargah rəisi Mark Mili İrana zərbə endirilməsi planına qarşı olduqlarını bildiriblər.

Bu iclasda iştirak edən Pentaqon nümayəndələri də Pompeonun təklifini rədd ediblər. Onlar deyib ki, İraqdakı ABŞ bazasına hücumda İranın əli olduğuna aid heç bir dəlil yoxdur.

Sonda iclasın nəticəsi bu olub ki, ABŞ İraqdakı Müqavimət Təşkilatlarının 5 silah anbarına hücum təşkil etməklə kifayətlənsin.


Story Code: 851847

News Link :
https://www.islamtimes.org/az/news/851847/pompeodan-iranla-bağlı-axmaq-təklif

Islam Times
  https://www.islamtimes.org