QR CodeQR Code

Rusiya növbəti dəfə ABŞ-dan İrana qarşı sanksiyaların ləğvini istədi

IslamTimes , 21 Mar 2020 21:36

İslamTimes: Rusiya Xarici İşlər Nazirliyi İranın koronavirusla mübarizə apardığını xatırladaraq ABŞ-dan bu ölkəyə qarşı sanksiyaları ləğv etməyi istəyib.


Əl-Cəzirə kanalının verdiyi məlumata əsasən, Rusiya Xarici İşlər Nazirliyi koronavirusun bütün dünyada, o cümlədən İran İslam Respublikasın yayılması ilə əlaqədar ABŞ-ı İran əleyhinə sanksiyaları ləğv etməyə çağırıb.

Qeyd edək ki, daha öncə Rusiyanın BMT-dəki nümayəndəsi Mixail Ulyanov da ABŞ-ın İrana qarşı insanlığa zidd, birtərəfli sanksiyalarını sərt şəkildə tənqid etmişdi.

O bildirmişdi ki, İran İslam Respublikasının koronavirus (kovid-19 virusu) ilə mübarizə apardığı bir dönəmdə bu ölkəyə qarşı sanksiyaların genişləndirilməsi əxlaq normalarına da ziddir!

Ulyanov əlavə olaraq bildirmişdi ki, ABŞ-ın maksimum təzyiq siyasəti şübhəsiz ki bu ölkənin özünün nüfuzdan düşməsinə səbəb olacaq.

ABŞ bir neçə gün öncə İranın neft-kimya məhsullarının satışında iştirakı bəhanəsi ilə daha bir neçə şəxsə və şirkətə sanksiya tətbiq edib.


Story Code: 851852

News Link :
https://www.islamtimes.org/az/news/851852/rusiya-növbəti-dəfə-abş-dan-irana-qarşı-sanksiyaların-ləğvini-istədi

Islam Times
  https://www.islamtimes.org