0
Saturday 21 March 2020 - 22:30

Los Angeles Times: Trampın seçkidə qalib gəlmə şansı azalıb

Story Code : 851853
Los Angeles Times: Trampın seçkidə qalib gəlmə şansı azalıb
ABŞ-ın Los Angeles Times qəzeti şənbə günü yayımladığı xəbərdə yazıb ki, ABŞ iqtisadiyyatının dərin bir çöküşə doğru irəliləməsi və koronavirus qurbanlarının sayının bu ölkədə çoxalması Trampın ikinci dəfə ABŞ prezidenti seçilmə şansını azaldıb.

Qəzet yazıb ki, Donald Tramp öncəki seçkidə də cüzi fərqlə liderliyi ələ aldığı üçün çox şanslı idi. Amma görünür bu dəfə şans da Trampdan üz döndərib.

Mütəxəssislərin fikrincə, ABŞ iqtisadiyyatı ilə bağlı son göstəricilər bu ölkədə işsizliyin sürətlə artdığını göstərir. ABŞ maliyyə naziri Steven Mnuçin xəbərdarlıq edib ki, əgər Konqres tez bir zamanda tədbir almazsa ölkədə işsizlik səviyyəsi 20 faizə qədər yüksələcəkdir.

Bundan əlavə Senat bildirib ki, Trampa koronavirus təhlükəsi ilə bağlı bir neçə ay öncədən xəbərdarlıq etsə də, Tramp bu xəbərdarlığı ciddiyə almayıb və milyonlarla amerikalının həyatını təhlükəyə atıb.
Source : IslamTimes