QR CodeQR Code

Koronavirus təhlükəsinə görə ABŞ-da silah satışının artırmasına səbəb nədir?

22 Mar 2020 12:42

İslamTimes: ABŞ-da koronavirus təhlükəsi ilə əlaqədar odlu silah satışında kəskin artım qeydə alınıb.  


“RİA Novosti” bu barədə yerli ABC telekanalına istinadən xəbər yayıb.  

Kanal iddia edir ki, ABŞ-ın ən böyük onlayn silah satışı mağazalarından birinin fevral ayında sifarişləri 222%, gəliri isə 309% artıb. Mağaza nümayəndələri bunu “görünməmiş hadisə” adlandırıblar. 

Kanal odlu silaha artan tələbi polisin koronavirusun yayılması səbəbiylə əməliyyatların sayını azaltmaq məcburiyyətində olması ilə izah edir. Bəzi polis məntəqələri yalnız təcili yardım çağırışları üçün əraziyə çıxır, kiçik hadisələr barədə məlumat telefonla işlənir və ya müraciət edənlər polis bölməsinə gedərək özləri ifadə verməlidirlər. 

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də yeni növ koronavirusu (COVID-19) pandemiya elan edib. Artıq dünyada 307 mindən çox insan bu xəstəliyə yoluxub, 13 mindən çox insan isə ölüb.


Story Code: 851913

News Link :
https://www.islamtimes.org/az/news/851913/koronavirus-təhlükəsinə-görə-abş-da-silah-satışının-artırmasına-səbəb-nədir

Islam Times
  https://www.islamtimes.org