0
Sunday 22 March 2020 - 20:23

Yardımlaşma, icarələrin bağışlanması, tibbi məhsulların paylanması - təqdirəlayiqdir

Story Code : 851995
Yardımlaşma, icarələrin bağışlanması, tibbi məhsulların paylanması - təqdirəlayiqdir
İslamazeri.com "Leader.ir"ə istinadən xəbər verir ki, İran İslam İnqilabının Rəhbəri 1399-cu hicri şəmsi ilinin başlanması münasibətilə ünvanladığı müraciətdə ilin birinci gününün Həzrət Musa ibn Cəfərin (ə) şəhadətinin ildönümünə təsadüf etdiyini qeyd edərək o Həzrətə salam göndərib.

Ayətullah Xamenei bütün xalqı, xüsusi şəhid və müharibə veteranlarının ailələrini, səhiyyə sahəsinin mücahidlərini və ciddi cəhdlə çalışan bütün xidmətçiləri Mübarək Məbəs və təravətli Novruz bayramı müansibətilə təbrik edərək yeni ili “İstehsal sıçrayışı” ili adlandırıb.

Ayətullah Xamenei 1398-ci ilin şəhidləri, xüsusilə başda böyük şəhid general Süleymani, şəhid Əbumehdi əl-Mühəndis və onların döyüş yoldaşları olmaqla Hərəm və sərhədlərin müdafiəsi uğrunda döyüşmüş şəhidlər, habelə Kerman hadisəsi, təyyarə qəzası və səhiyyə sahəsinin şəhidlərinin ailələrini təbrik edərək və başsağlığı diləyərək 98-ci ilin İran xalqı üçün təlatümlü bir il olduğunu deyib: “Ötən il sellə başlayıb korona ilə başa çatdı. İl ərzində də zəlzələ və sanksiyalar kimi müxtəlif hadisələr baş verdi. Ancaq bu hadisələrin kuliminasiya nöqtəsi ABŞ-ın terror cinayəti, İranın və İslamın adlı-sanlı generalı Şəhid Süleymaninin şəhadəti oldu”.

 “Ötən il ağır il oldu. Xalqın problemləri də az olmadı. Ancaq çətinliklərlə yanaşı bənzərsiz müvəffəqiyyətlər də oldu. İran xalqı, həqiqətən, özünü yaxşı göstərdi”, -deyə İslam İnqilabının Rəhbəri əlavə edib.

 "İrana qarşı sanksiyaların indiyə kimi zərərləri ilə yanaşı, mənfəətləri də olub və bizi məcbur edibdir ki, daxili imkanlar yolu ilə ölkənin ehtiyacları və yaşayış ləvazimatlarının əldə olunması fikrində olmuş olaq və bu olduqca böyük hərəkət inşaallah davam edəcəkdir.", - Xamenei bildirib.

Ayətullah Xamenei qeyd edib ki,  ilin əvvəlində baş vermiş sel zamanı mömin və əzmkar xalq selinin xəsarətə uğramış regionların köməyinə axışması 98-ci ilin gözəlliiklərindən oldu: “Şəhid Süleymani şəhid olduğu vaxt yaranmış ümumi həyəcan və on milyonlarla insanın Tehran, Qum, Əhvaz, İsfahan, Məşhəd və Kermanda dünya və ölkəmizin tarixində analoqu olmayan əzəmətli izdihamı xalqın başıucalığının başqa bir nümunəsi, ölkənin abır cə xalqın izzət səbəbi oldu”.

Ayətullah Xamenei Novruz bayramı müansibətilə çıxışında koronavirusla bağlı sosial yardımlaşma məsələlərinə xüsusi yer ayırıb.

Ayətullah Xamenei korona hadisəsi vaxtı xalqın tərif və təqdirəlayiq fədakarlığının 1398-ci ildəki müvəffəqiyyətlərin başqa bir nümunəsi olduğunu deyib: “Müalicə sahəsinin işçiləri, həkimlər, tibb bacıları, səhiyyə işçiləri, tibb mərkəzlərinin rəhbərləri və işçiləri, onlarla yanaşı, universitet və mədrəsə tələbələri, bəsicilər və sair insanların könüllü xidmətləri abır və izzət səbəbidir”.

İslam İnqilabının Rəhbəri xalqın bu günlərdə tibbi ləvazimatların istehsalı və paylanması, keçidlərin dezinfeksiya edilməsi, yaşlı insanlara yardım, icarə haqlarının bağışlanması, ödəniş haqlarının alınmasının təxirə salınması kimi tədbirlərdəki əməkdaşlıqları və sosial yardımlaşması nümunələrini qeyd edərək deyib:  “İran xalqı çətin və ağır hadisələr zamanı öz gözəl və üstün keyfiyyətlərini nümayiş etdirdi. Mən öncədən və səmimi qəlbdən göstərdikləri bu fəaliyyətlərə görə, hər kəsə təşəkkür edirəm. Onlara ilahi mükafat gözlədiyini müjdə verirəm”.


Yardımlaşma, icarələrin bağışlanması, tibbi məhsulların paylanması - təqdirəlayiqdir