0
Sunday 22 March 2020 - 22:15

Moskva: ABŞ İrana qarşı qeyri-insani rəftarı dayandırmalıdır!

Story Code : 852001
Moskva: ABŞ İrana qarşı qeyri-insani rəftarı dayandırmalıdır!
İrana qarşı sanksiyaların koronavirusla mübarizəyə mənfi təsirlərini xatırladan Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Vaşinqtonu Tehrana qarşı qeyri-insani rəftarı dayandırmağa çağırıb.

Sputnik xəbər agentliyinin verdiyi məlumata əsasən, Rusiya xarici işlər nazirinin müavini rəsmi Moskvanın İrana tətbiq edilən sanksiyalara qarşı olduğunu xatırladaraq deyib: "Biz ABŞ-dan daha öncələr də, bu gün də İrana qarşı qeyri-insani, birtərəfli sanksiyaları dayandırmağı istəmişik..."

Sergey Ryabkov dünyada tüğyan edən koronavirus pandemiyası ilə İranda mübarizə aparılması üçün bu ölkənin ciddi şəkildə tibbi ləvazimatlara ehtiyac duyduğunu bildirib.

Koronavirusun bütün dünyada böhrana səbəb olduğu hazırkı dönəmdə Sergey Ryabkovun İrana qarşı sanksiyaların dayandırılmasını tələb etməsi, son günlərdə müxtəlif ölkələrin, o cümlədən Pakistan dövlətinin İrana qarşı sanksiyaların qaldırılmasını tələb etməsi ilə eyni vaxta təsadüf edib.
Source : IslamTimes